"Ürək"
Vardır başında yoxsa yenə bir həva ürək,
Yoxdur qərarı bir nəfəs, eylər nəva ürək.
Öz rə’yim ilə cövrünə mən vermişəm könül,
Verməzdi kimsə zalimə məndən səva ürək.
Düşcək ürək ayağına rəşk öldürür məni,
Ey kaş, olaydı zülfün ucundan cüda ürək.
Xəncər çəkib kimin qanına təşnəsən yenə,
Qan oldu intizar ilə çox binəva ürək.
Gülzarı etdi gör ki, Bəharın gözündə xar,
Yadınla düşdü ta qəfəsə mübtəla ürək.
Tarix: 31.03.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Qezeller
loading...