"Hər səhərgəh naləvü əfğanımız bica deyil"
Hər səhərgəh naləvü əfğanımız bica deyil,
Şam vəqti ahi-dilsuzanımız bica deyil.
Biz həkimi-əsriz, əşki bilmişiz təfrihi-təb,
Hər ətibba tək bizim dərmanımız bica deyil.
Ya yetiş fəryadə, ya ver nəqd əşkim qiymətin,
Müft sanma, bu düri-qəltanımız bica deyil.
Daneyi-əşkim verir hər dəmdə bir qəm meyvəsin,
Bağban, bu çəşmi-xunəfşanımız bica deyil.
Şurumuz, əmalımız, səbül-məsanimiz qəzəl,
Övliyayiz, coxdürür xahanımız, bica deyil.
Suzi-şamü ahi-sübhü dərdi-zöhrü hüzni-əsr,
Ünsürü tərkibi-çarərkanımız bica deyil.
Sabita, xamuş, yoxdur sirri-hikmətdən sual,
Hər nə kim, mənzur edər sultanımız, bica deyil.
Molla Hüseyn Sabit
Tarix: 30.03.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Qezeller
loading...