Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Oluram nalə ilə zar o gedəndən sonra " qəzəli

Oluram nalə ilə zar o gedəndən sonra,
Edirəm aləmi bizar o gedəndən sonra.

Qalmayıb zərrə qədər tabü təvanım hicrə,
Olub aləm başıma dar o gedəndən sonra.

Qatmışam göz yaşıma gözlərimin qarəsini,
Etmişəm günlərimi tar o gedəndən sonra.

Dağ çəkib sinəmə qəm xəncəri ilən bu fələk,
Yağdirib dağıma da qar o gedəndən sonra.

Yığışıb başıma həmdəmdi mənimlən sanki,
Nə qədər dərdi-sərim var o gedəndən sonra.

Görüb əhvalımı addımbaşı yüz tənə edir,
Mənə ehyam ilə əğyar o gedəndən sonra.

Gəl oxu Yasinə bir sureyi-Yasin, zahid,
Ölürəm hicrdə naçar o gedəndən sonra.


Tarix: 27.03.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller
loading...