"Görünür gözlərimə xar bu gülşən sənsiz"
Görünür gözlərimə xar bu gülşən sənsiz,
Eylərəm sübhə kimi naləvü şeyvən, sənsiz.
Eylədi dərdü qəmim səndə fəraqət hasil,
Ağladı qan mənim əhvalıma düşmən, sənsiz.
Bunca hicranına, ey gül, dəxi bir tabım yox,
Neylədim bir demədim şamü səhər mən sənsiz.
Eşq divanəsiyəm xəlq bilir, Məcnunvar
Kuhü səhradı mənə mənzilü məskən, sənsiz.
Ey Qaradaği, yetir ərzimi yarə, söylə:
Neylərəm ömr ola yüz min il əgər mən, sənsiz?!
Tarix: 30.03.2013 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Qezeller
loading...