" Kiminin mən kimi dəftər-qələm olmuş dərdi " qəzəli
Aşiqin bəllidi ki, dəmbədəm olmuş dərdi,
Ölçüyə gəlməyəcək möhtəşəm olmuş dərdi.
Ancaq, ey dil, demə qəm-qüssə çəkən bircə bizik,
Hansı aşiqdi onun səncə kəm olmuş dərdi?
Nola, heç kəsməyə öz zülmünü canan bizdən,
Aşiqin eşqdə çün müntəzəm olmuş dərdi.
Kimi var-dövlətə, mal-mülkə salıbdır mehrin,
Kiminin mən kimi dəftər-qələm olmuş dərdi.
Eşqdə həm də rəqib qəm çəkir hərdən dedilər,
Nə böyükmüş işi bəh-bəh, nə qəm, olmuş dərdi.
Könlümün təxtini dərdim nə şərafətlə tutub,
Nə zamandan görəsən möhtərəm olmuş dərdi.
Yaradan hər kəsə bir dərdi münasib bilmiş,
Yasinin bir ürəyi daş sənəm olmuş dərdi.
Tarix: 27.03.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Qezeller
loading...