" Görər görməz " qəzəli
Görən bu eşqdə könlüm səfa görər görməz,
Bu dərdi-eşqinə bir gün dəva görər görməz.
Sitəmdi gördüyü daim bu bivəfa yardan,
Nəhayət, allah, o güldən vəfa görər görməz.
Çəkir bu ayrılığın möhnətin, qəmin, zülmün,
Bir ağ gün aşiqə canan rəva gorər görməz.
Mənəm dözən bu qədər dərdə qeyri bir kimsə,
Qaçar, dalınca da baxmaz cəfa görər-görməz.
Düşəndən eşqə gecəm-gündüzüm bilinmir heç,
Çətin zəmanə bu cür mübtəla görər, görməz.
Qərinələrdi fələk dövr edir görən, yarəbb,
Fəzadə bəxti mənim tək qəra görər, görməz.
Bu Yasinin ürəyin dərdə kökləyən dilbər
Rəva həva o nəvadən səva görər, görməz.
Tarix: 27.03.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Qezeller
loading...