"Əfsus ki,aləmdə bir imdadə yetən yox"
Əfsus ki,aləmdə bir imdadə yetən yox,
Fəryad qılan çoxlu,vəli dadə yetən yox.
Tənha nə sənə kam müyəssər deyil,ey dil,
Məqsudi-muradına bu dünyadə yetən yox.
Hər rəhğüzəri-ömrdə min xofü xətər var,
Sərmənzili-məqsudinə azadə yetən yox.
Hər bir yetənə hali-dilin eyləmə izhar,
Çox çəkmə əbəs nalə ki,fəryadə yetən yox.
Xəlq içrə könül,gör nə yaman cənkü cədəl var,
Bir mətləbə bu şurişü qövqadə yetən yox.
Öz nəfinə eylər hərə bir mətləbi icad,
Bu məsələnin künhünə dünyada yetən yox.
Çox dadü fəqan etmə,Həsən,eyləmə fəryad,
Fəryadü fəqanü dili-naşadə yetən yox.
Tarix: 30.03.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Qezeller
loading...