"Mey nuri-cilvə eylədi cami-bülurdən"
Mey nuri-cilvə eylədi cami-bülurdən,
Cami-büluri gör ki, ləbaləbdü-nurdən.
Ruxsarın atəşi məni yandırdı durdən,
Əlbəttə, yandırar, düşə gün gər bülurdən.
Naz ilə bir xuramə gəl, əmvatə qıl güzər,
Ta “mərhəba” səsi gələ əhli-qüburdən.
Zahid sözilə kim büti-meyxanədən keçər,
Özü gərək keçirmi behişt ilə hurdən?
Ol bifəva tutarmı vəfa ilə dəstimi,
Basmaz ayağını gözümə şün qürurdən.
Meyxanəyə Bahar qürur ilə meyl edər,
Zahid qüsura meyl qılır kim qüsurdən.
Tarix: 30.03.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Qezeller
loading...