Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yox bir aşiq ki, mənim tək cigəri qan olsun " qəzəli

Yox bir aşiq ki, mənim tək cigəri qan olsun,
Cümlə aləm ona bir guşeyi-zindan olsun.

Salıb öz meylini könlüm quşu bir tərsayə,
Çox çətin küfrə uyan bir də müsəlman olsun.

Dözmək asan deyil hicrana axı, ey naseh,
Demək asandı bu müşkül dəxi asan olsun.

Ey təbib, gəlmə mənim üstümə bica yerə, bil,
Sən bilən dərd deyil eşq, ona dərman olsun.

Döz, deyən çoxdu hələ, bəs bu məgər mənlikdir?
Dözməyə hicrə gərək canda bir imkan olsun.

Evi yanmış o rəqib can evin alt-üst elədi,
Dağılıb öz evi, öz xanəsi viran olsun.

Qurana and içib əğyar dəxi, bizlə yox işi,
Qoy qənim qəlbi qara qafilə Quran olsun.

Danışır qeyrləri bil ki, boğazdan yuxarı,
Ey gül, insaf elə Yasin sənə qurban olsun.


Tarix: 27.03.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Qezeller
loading...