Son dövrlərdə optik və ya adi linzalar olduqca dəbə minib. Bəziləri rəngli linzalara üstünlük versələrdə, digərləri əksinə sadəliyi üstün tutaraq qara və qəhvəyi rəngli linzalardan istifadə edirlər. Bəs görməyimizi asanlaşdıran, digər tərəfdən gözəlliyimizə gözəllik qatan linzalara necə qulluq etməliyik?
Əvvəlcə onu bildirək ki, linzalarla çox ehtiyatlı davranmalıyıq. Belə ki, bizim gözlərimizi sığortalayan, onlarla birbaşa əlaqədə olan, görmə qabiliyyətimizi maksimum dərəcədə yaxşılaşdıran məhz linzalardir. Adətən linza alınarkən onun yanında təmizləyici su, dəsmal və linzaları yerləşdirmək üçün xüsusi qab olur. Linzalar hər gecə çıxarılmalı və xüsusi qabin icinə qoyulmalıdır. Onun suyu isə yaxşı olardı ki hər 2 gündən bir dəyişdirilsin. Çirkli əlləri linzalara yaxın buraxmaq qətiyyən olmaz. O ki qaldı təmizləyici dəsmallara, bu halda çox ehtiyatlı olmalısınız. Linzaları dəsmalla təmizləyərkən asta-asta hərəkət etməli, kobudluğa yol verilməməlidir. Eks halda bir ətək pul verib aldiginiz linza dərhal cırıla bilər.
Tarix: 16.01.2015 / 13:42 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Oftalmologiya