Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Konyuktivit

Gözun selikli qişasının iltihabı konyunktivit adlanır. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, ”yad cisim” hissiyyatı ilə özünü biruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir. Konyunktivitlər müxtəlif mikroflora ilə törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikrofloradan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də qətirib çıxara bilir. Müalicəsi üçün geniş spektrli antibiotiklərdən istifadə olunur. Dərmanların az effektivliyi zamanı göz yaşınin mikrofloraya və antibiotiklərə qarşı həssaslığını analiz edirlər. Analizlərin nəticələrinə əsaslanaraq, daha böyük təminatla başqa antibiotiklər təyin olunur.


Tarix: 16.01.2015 / 13:41 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Oftalmologiya
loading...