Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soğanlı şorba 2
Soğanlı şorba 2

MATERİAL SİYAHISI:

4 soğan
1 su stəkanı süd
2,5 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı
Duru yağ
Toz qırmızı istiot
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

Dırnaq lavaş

İÇİ:

Qazana kərə yağını və unu qoyuruq. Çırpma teliylə qarışdıraraq, unun iyi çıxana qədər qovururuq. Soyuq südü və suyu tökürük, çırpma teliylə sürətli qarışdıraraq yumaq əmələ gəlməsini mane oluruq. Duzunu atırıq və konsistensiya tünd olsa bir az da isti su əlavə edirik.

Soğanları incə nazik halqa doğrayırıq. Ayrı bir tavaya zeytun yağı tökürük və soğanları yaxşıca qovururuq. Soğanlar yüngül qızarıb karameldə olana qədər qovururuq. Toz qırmızı bibəri qoyuruq. Digər qazandakı şorbanı boşqaba tökürük. Dırnaq lavaşı kub doğrayırıq və əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada quruduruq. Soğanları şorbanın üstünə tökürük. Son olaraq küp doğranmış lavaşları üzərinə səpərək süfrəyə veririk.


Tarix: 13.04.2015 / 00:15 Müəllif: Nurana Baxılıb: 77 Bölmə: Şorbalar ve Helimler
loading...