Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətli dovğa

Ləvazimatlar

Qatıq – 2 l

Can əti – 250 q

Baş soğan – 1 ədəd

Xama – 100 q

Yumru düyü – 50 q

Noxud – 80 q

Yumurta – 2 ədəd

Göyərti (keşniş, şüyüd, göy soğan, cəfəri, çuğundur yarpağı, təlpətöyün, turşəng, nanə, ispanaq)

Duz, istiot


Hazırlanma qaydası

1. Ətçəkən maşınından keçirilmiş ət və soğan qarışığına duz və istiot əlavə olunub balaca küftələr hazırlanır.

2. Küftələr bir az duz əlavə edilmiş suda bişirilir.

3. Axşamdan noxud isladılır və bişirilir.

4. Qatığın üzərinə bir az su, xama, yumurta əlavə edilib çalınır, daha sonra axşamdan isladılmış düyü, bişmiş noxud, xırda doğranılmış göyərti əlavə olunub zəif odda bişirilir.

5. Düyünün bişməsinə az qalmış dovğaya küftələr əlavə edilir. Duz və istiot vurulur.


Tarix: 18.12.2012 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Şorbalar ve Helimler
loading...