Qozlu və sarımsaqlı ovduq
Ləvazimatlar:
Xiyar – 4 ədəd
Sarımsaq – 2 diş
Qoz ləpəsi – 200 q
Zeytun yağı – 25 q
Qatıq – 500 q
Limon şirəsi – ½ hissə
Göyərti (şüyüd, nanə, tərxun) – ½ hissə
Su
Qırmızı istiot – 15 q
Duz – 20 q
Hazırlanma qaydası
1. Qatığa su əlavə edilib çalınır.
2. Qoz ləpəsi və sarımsaq həvəngdəstədə döyülür.
3. Xiyarın qabığı soyulur və sürtgəcdən keçirilir.
4. Göyərti xırda doğranılır.
5. Bütün ərzaqlar, limon şirəsi, zeytun yağı və duz çalınmış qatığa əlavə edilib qarışdırılır.
6. Ovduq qədəhlərə tökülür, üzərinə qırmızı istiot əlavə edilib 2 saatlıq soyuducuya yerləşdirilir.
Tarix: 18.12.2012 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Şorbalar ve Helimler
loading...