Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsmə Xəmirli Mərci Şorbası

MATERİAL SİYAHISI:

1 su s. Qırmızı mərci
1 yerkökü
1 soğan
1 su s. Ət suyu
1 çay s. Kəsmə xəmir
1,5 şorba q. Un
2 şorba q. Kərə yağı
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

1 şorba q. Kərə yağı
1 şirin q. Tomat

İÇİ:

Soğanı və kökü doğrayırıq. Qazana kərə yağını qoyuruq. Unu qovururuq. Soğanı, yerkökünü və mərcini əlavə edərək qovurmaya davam edirik. Mərcinin çiy qoxusu çıxanda ət suyu və bir az soyuq suyla konsistensiyanı açırıq. Arxasınca isti suyu veririk, qapağını bağlayaraq bişməyə qoyuruq.

Duzunu atırıq. Tərəvəzlər bişəndə əl blendırından keçiririk. Kəsmə xəmirləri içinə atırıq və bişirməyə davam edirik. Xəmirlər da bişəndə xidmət kasasına alırıq. Kərə yağında abqora qovururuq və şorbanın üzərinə gəzdirərək xidmət edirik.


Tarix: 24.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Şorbalar ve Helimler
loading...