Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərəvəzli bulqur şorbası resepti

1
Tərkibi:
6 x.q. iri bulqur
200 q qiymə
2 x.q. kərə yağı
1 ç.q. bibər pastası
1 ç.q. tomat pastası
7 st. qaynar su
1 ortaboy yerkökü
1 ortaboy qabaq
göy soğan (yaxud kəvər)
duz
istiot

Hazırlanması:
Kərə yağının yarısını əridib qiyməni qovurun. Tomat və bibər pastalarını əlavə edin, 3-4 əqiqə qovurduqdan sonra su, bulqur, duz və qara istiot əlavə edib bişirin.

Yerkökü və qabağı kubik doğrayın, əvvəl yerkökünü, sonra qabağı əlavə edərək kərə yağının qalanında qovurun, xırda doğranmış göy soğanı (yaxud kəvəri) əlavə edin. Bir qədər qovrulduqdan sonra ocaqdan götürün.

Şorbanın bulquru yumşalınca qovurduğunuz tərəvəzləri əlavə edin. 10 dəqiqə bişirib ocaqdan götürün.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:48 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Şorbalar ve Helimler
loading...