Hüceyrənin quru çəkisinin böyük bir hissəsini təşkil edən zülallar və ya proteinlər canlı orqanizmdə rast gəlinən çox sayda üzvi birləşmələrin, hüceyrələrin tərkibində olduğundan mühüm əhəmiyyətə malikdirlər. Bu səbəbdən onlar mühüm funksional elementlər olaraq, maddələr mübadiləsini idarə edən fermentlər hesab olunur.
Eləcə də onların köməyi ilə genetik məlumatları da realizə etmək olur. Zülalların əsas quruluş vahidi amin turşulardır. Orqanizmdə zülal çatmasa iş qabiliyyəti zəifləyər, uşaqlarda fiziki və əqli inkişaf pozulmaları və xəstəliklər əmələ gələr. Ona görə də zülal insan və heyvanlar ücün ən vacib qida maddəsi hesab olunur. Bioloji funksiyalarına görə isə zülallar fermentlərə, nəqledici zülallara, ərzaq zülallarına, hərəkətverici zülallara, qoruyucu (mühafizə) zülallarına və tənzimedici zülallar kimi tanınır. İnsan ücün ətin, südün, yumurtanın, balığın, kürünün zülalları tam dəyərli zülallardır. Bitki zülallarının (buğda, vələmir, qarğıdalı, lobya, noxud) tərkibində əvəzedilməz amin turşuları olmur və ya çox az olur. Belə zülallar dəyərsiz (natamam dəyərli) zülallar hesab olunur. Bir çox məhsullar var ki, onlar həm amin turşusu baxımından zəngindir həm də keyfiyyətli zülal anbarıdır. Onuda qeyd etmək lazımdır ki, məlumata görə yumurta tam dəyərli zülal hesab olunsada onun sarısında 231 mg. xolestrol vardır. Sağlamlığımızı qorumaq üçün yumurtadan həddindən artıq istifadə düzgün deyildir. Lakin bir məsələyə diqqət yetirmək lazımdır ki, bədənimizin hormon istehsalı, hüceyrə divarı istehsalı üçün zülala ehtiyacı vardır. Yumurta orqanizmi enerji ilə təmin etdiyindən xüsusilə tez-tez istifadə edilməsi lazım olan, bəsləyici dəyəri isə olduqca yüksək bir qida növüdür. Bu baxımdan yumurta ən keyfiyyətli zülal qaynaqlarından biri hesab olunur. Sağlam bir insan hər gün qida rasionunda yumurta yeyə bilər, xolestrolu olan insanlar isə həftə ərzində 2-3 dəfə yumurta yeyə bilərlər. Bir ədəd yumurta deyilənə görə qida dəyəri baxımından yumurta böyüklüyündə ətə bərabərdir. Yumurtanın içindəki lesitin beyin funksiyalarının nizamlı olmasına köməkçi olur. Buda bir həqiqətdir ki, günümüzdə yumurta ət, balıq, toyuq kimi keyfiyyətli zülal olmasına baxmayaraq onlara nisbətən ən ucuz qidadır.
Tarix: 21.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Qidalanma və Dieta