Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayında oruc tutanlar üçün qidalanma qaydaları

Müsəlmanların mübarək ayı olan ramazan ayında bütün islam ölkələrində əhalinin əksər hissəsi oruc tutaraq ibadət edir. Lakin təəssüf ki, bəzən yanlış qidalanma bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Səhər imsaqdan sonra başlayan aclıq müddətində qanda şəkərin miqdarı düşməyə başlayır və yanlış qidalanma nəticəsində orqanizmdə maddələr mübadiləsi pozulur.
Nəticədə halsızlıq, yorğunluq, qan təzyiqinin düşməsi, depressiya, mədə ağrısı, və s. kimi problemlər ortaya çıxır.
Yalnış qidalanma dedikdə səhər imsaqa oyanmama və ya imsaq zamanı çox miqdarda yağlı qida məhsulları tükətmək, iftar zamanı çox miqdarda və müxtəlif çeşidli yeməklər yemək, qanda şəkərin miqdarını sürətlə artıran qidalardan istifadə, tez-tez yemək, lazım olan qədər maye qəbul etməmək və . s bu kimi hallar nəzərdə tutulur.
Əsasən imsaqda yağ, süd, pendir, mürəbbə kimi günlük protein ehtiyacını ödəyəcək və qanda şəkərin miqdarını sürətlə qaldırmayacaq qıdalara üstünlük verilməlidir. Günlük su ehtiyacımız 2-2,5 litir olduğu üçün imsaq zamanı bol miqdarda maye qəbul etmək məsləhətdir.
İftarda isə mütləq yeməklə birgə və yeməkdən sonra çoxlu su içilməlidir, bununla yanaşı yeməyi olduqca yavaş yemək məsləhətdir.


Tarix: 21.01.2015 / 11:35 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qidalanma və Dieta
loading...