Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qovun, qarpız və üzümü birlikdə yeməyin

Qovun, qarpız, üzüm kimi meyvələri qarışdıraraq istehlak etmə ishala səbəb olur.
Daxili Xəstəliklər Mütəxəssisi Dr. Murad Soysal, yaz ayının qovun, qarpız, üzüm kimi meyvələri qarışdıraraq istehlak etmənin ishala səbəb olduğunu bildirib.
Tibbdə "qastroenterit" olaraq adlandırılan qida zəhərlənməsində isə ürək bulanma, qusma, ishal, qarın ağrısı baş verir. Qastroenteritdə, mədə və bağırsaq hərəkətləri pozulur, ağızdan alınan yeməklərin həzm sistemini sürətli və əriməmiş tərk etmələri nəticəsində ishal ortaya çıxır.
Bəzi yeməkləri az miqdarda istehlak etmək problemi meydana gətirməsə də çox miqdarda yemək ishala səbəb olur: təzə ərik (ərik suyu), üzüm (üzüm suyu), ərik, albalı, qovun, qarpız.

Soysalın verdiyi məlumata görə alma, armud, şaftalıdan bir dənə, qarpız qovunda bir incə dilim, ərikdən 15 ədəddən çox istehlak etməmək lazımdır. Meyvələri soyuq yeməmək əhəmiyyətlidir. Əgər adamda mədə həssaslığı varsa yalnız meyvələrin yanında soyuq içki də içirsə ishal edər. Dəniz və hovuz sununun udulması, mədə və bağırsaqlarda pozuntuya səbəb ola bilər. Qarını soyuqlamaq deyə təbir edilən vəziyyətdə, bədən tərliykən kondisionerə məruz qalmaq səbəbiylə ishal və qarın ağrısı meydana gələr.

İshal səbəbiylə gələn yetkin və xəstələrə xüsusilə 24-48 saat müəyyən yeməkləri istehlak etmələrini təklif etdiklərini ifadə edən Dr. Murad Soysal, ishala yaxşı gələn yeməkləri belə sıralayıb: banan, şaftalı, alma, pendir, zeytun, çörək, az yağlı makaron, qaynadılmış kartof, kartof püresi, düyü şorbası.


Tarix: 21.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qidalanma və Dieta
loading...