Qurudulmuş meyvə vitamin mənbəyidir
Əncir, qaysı, tut və üzüm kimi qurudulmuş meyvələrdə A vitamini daha çox olur. İnkişaf etməkdə olan uşaq və yeniyetmələrin qurudulmuş meyvələrdən istifadə etmələri məsləhətdir.
Bu meyvələr sinir sistemini gücləndirir, zehni inkişafa müsbət təsir göstərir, dəmirlə zəngin olduğu üçün orqanizmin müqavimətini artırır. Meyvələri təmiz və quru şəraitdə qurutduqda tərkibindəki su 80-90 faizdən 10 faizə düşür. Bu sırada vitamin və minerallar çoxalır.
Tərkibində A vitamini olan bütün meyvələr dərinin sağlamlığında mühüm rola malikdir. Qurudulmuş tərəvəzdə isə vitaminin dəyəri meyvədəki qədər olmur. Ona görə də tərəvəzləri qurutmaq əvəzinə, dərin dondurucularda saxlamaq daha məqsədəuyğundur.
Tarix: 21.01.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Qidalanma və Dieta
loading...