Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar gün ərzində nə qədər süd içməlidirlər?

Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Valideynlərin həkimlərə ən çox soruşduğu sullardan biri də "Uşaqlarıma nə qədər süd içirməliyəm" sualıdır. Bu sul da bir çox həkimlər tərəfindən "Gündə iki stəkan" olaraq cavablandırılıb.
Kanadadakı Michael xəstəxanasından həkim Jonathon Maguire və qrupu, inək südündəki D vitaminini və dəmirin təsirini tədqiq etmək üçün 1300-dən çox uşağın (2-5 yaş arası) iştirakı ilə tədqiqat aparıb. Valideynlər ümumiyyətlə uşaqlarının nə qədər süd içdiyini elm adamlarına bildirərkən elm adamları da qan təhlilinə əsaslanaraq nə qədər D vitamininə və dəmirə ehtiyac səviyyəsini müəyyən ediblər. Həkim Maguire, gündə 2 stəkan südün uşaqların kafi nisbətdə D vitamini almasını və dəmir depolarının normal səviyyədə qalmasını təmin etdiyini söyləyib. Elm adamları, gündə 2 stəkandan çox süd içən uşaqların isə D vitamini nisbətinin yüksəldiyini, ancaq dəmir anbarlarının azaldığını təyin ediblər. Tədqiqatda ayrıca olaraq, tünd dəri piqmentinə sahib uşaqlar üçün günəşin az olduğu qış aylarında 2 stəkan südün D vitamini almaları üçün kafi olmadığını, bu səbəblə də uşaqlarına daha çox süd içirmələrini və D vitamini almalarını təklif edib.


Tarix: 21.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Qidalanma və Dieta
loading...