ABŞ alim və tədqiqatçıları qeyd ediblər ki, gün ərzində yalnız bir alma yeməklə insan özünü ateroskleroz xəstəliyindən müdafiə edər və xəstəliyin riskini azaltmış olur. Ateroskleroz - Arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir.
Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intima qişasının zədələnmələri ilə xarakterikdir. Ateroskleroz əsasən elastik tipli arteriyalarda (məs, aorta, yuxu və qalça arteriyaları)böyük və orta ölçülü əzələ tipli arteriyalarda (məs, koronar və dizaltı arteriayalar) olur.
Məlum olduğu kimi, ateroskleroz inkişafı zamanı sərbəst radikalların hərəkəti sayəsində xolestrinin tərkibində oksidləşmə olur. Oksidləşmənin qarşısını almaq üçün ateroskleroz riskini azaltmaq lazım gəlir. Bu riski azaltmaq üçün lazimi antioksidantlarla oksidləşmənin qarşısını almaq olar. Bu istiqamətdə bildiriblər ki, gün ərzində 1 alma yeməklə bu problemini həll etmək olar.
Tarix: 21.01.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Qidalanma və Dieta