Qida müxtəlifiyi, insan tərəfindən qəbul olunan qidanın davamlı olaraq artması, müasir həyatın, əsasən də qərb sivilizasiyasında böyük problemə çevrilib.
Kök adamların sayı daha da çoxalıb.
Təbii ki, problem varsa, onun həlli yolu da var. Elm adamları hal-hazırda mövcud olan dietalar arasında daha çox effekt verən 5 dietanı müəyyənləşdiriblər.
1. Qreyzinq
Bu dieta gün ərzində tez-tez qəlyanaltı (təxminən 2 saatdan bir) etməkdən ibarətdir. Bu da orta hesabla rasionun kaloriliyini 10-15% azaldır. Bu cür qidalanmanın əsas xüsusiyyətləri - çəkinin azalması, həzm sisteminin işini normaya salmaq, işguzarlığın artması, qocalıq prosesinin zəiflədilməsindən ibarətdir.
2. Azkalorili qidalanma
Bu dieta növündə arıqlama şəkər və qənnadı məmulatlarının tamamilə rasiondan çıxarılması sayəsində baş verir. Həmçinin yağların minimuma endirilmesi (məs: bitki yağı ancaq salatların hazırlanması üçün istifadə oluna bilər) məsləhət olunur. Əsasən zülali qidalardan istifadə olunur - quş əti, balıq, yumurta, paxlalı bitkilər, həmçinin tərəvəzlər (kartof çıxmaq şərtilə) və s.
3. Az yağlı dieta
Bu dietadan istifadə zamanı nə qədər istəyirsiz, nə vaxt istəyirsiz yeyə bilərsiz, amma tərkibində minimum yağ olan ərzaqlardan istifadə vacibdir.
4. Boşqab modeli
Boşqab dietası 4 hissəyə bölünür: ¼ hissəsi göyərti və qaynadılmış tərəvəzlərə, ¼ hissəsi sıyıq, makaron məmulatları, ¼ hissəsi zülal tərkibli az yağlı ərzaqlar. Sonuncu ¼ hissə isə içkilərə yer verilir. Məs: qatıq, şəkərsiz çay, su, yağsızlaşdırılmış süd.
5. Qlikemik indeksə esaslanan dieta
Qlikemik indeks - hər hansı qidanın qəbulu zamanı, qanda şəkərin nə qədər artması göstəricisidir. Belə ki, çörək və yaxud qlükoza Qİ 100 hesab olunur. Bu halda, arıqlamağı arzu edən insanlara Qİ-dən az olan rasion hazırlamaq təklif olunur.
Tarix: 21.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Qidalanma və Dieta