Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhər yeməyinin insana faydası

Adına müasirlik dediyimiz həyat tərzində səhər yeməyi də unudulmağa başlandı ya da ayaq üstü yeyilən bir sendviç də “səhər yeməyi” adlandırıldı. Hətta alimlər: ”kral kimi səhər yeməyi, şahzadə kimi günorta yeməyi, yoxsul kimi axşam yeməyi yeyin” deyiblər.

Səhər yeməyi niyə bu qədər əhəmiyyətlidir?
Həzm sistemimiz elə səliqəli işləmə tempinə malikdir ki, qidalarımızı xüsüsiyyətinə görə müəyyən müddətdə mənimsəyə bilir. Məsələn: 100 qr. meyvə, 1 stəkan süd və yaxşı çeynənmiş bir dilim həzm olunub mədədən bağırsağa keçməsi 3 saata başa gəlir. Gündəlik səhər yeməyinin təxminən yarısı yaxşı bir səhər yeməyindən təmin olunur. Beləliklə səhər yeməyi günün ən vacib öyünüdür. Bu qida gün boyunca fiziki və zehni fəaliyyətlər üçün lazımlı enerjini təmin edəcəkdir. Səhər yeməyi yemədikdə piylənməyə səbəb olan kökəlmə problemlərinə tez-tez rast gəlirik. Bundan başqa günortaya qədər aclıq hissi, baş gicəllənməsi və tənbəllik meydana gələ bilər.

Vaxtı və faydası

Oyandıqdan 1 saat sonra səhər yeməyini yemək ən münasib vaxtdır. Bununla əlaqədər H.Əli belə buyurmuşdur: ”Uzun ömürlü olmaq istəyən səhər yeməyini erkən yesin” Erkən səhər yeməyi yemək xüsusilə uşaqların sağlam qidalanmaqla birlikdə immun sistemini də gücləndirir. Davamlı səhər yeməyi yeyən tələbələrin dərslərindəki fiziki və zehni performansı yüksək olur. Düzgün qidalanma hətta qocalmağı gecikdirir. Qocalıq dövründə isə görmənin, yaddaşın və əzələlərin zəifləməsinin qarşısını alır.

İdeal bir səhər yeməyi necə olmalıdır?

Enerji istifadəsi üçün karbohidrat, sümüklərin bərkiməsi üçün kalsium, qırmızı qan hüceyrələri üçün dəmir, immun sistemi üçün vitamin və mineral ehtiyaclarımızı ödəməlidir.

Mükəmməl bir səhər yeməyi üçün

1 stəkan süd, 1 stəkan portağal suyu və ya sevilən meyvə suyu, açiq rəngdə çay yaşıl çay və ya istənilən bitki çayı da ola bilər. 1 kibrit qutusu qədər pendir, 1ədəd qaynadılmış yumurta, 4-5 ədəd zeytun, 1 x.q bal, bəhməz, mürəbbə, 2-3 dilim çörək ola bilər. Siyahadakıları yaş və sağlıq vəziyyətinə görə artırmaq olar.

Nuş olsun!


Tarix: 21.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Qidalanma və Dieta
loading...