Bu 5 qızıl qaydaya əməl etməklə sağlam qidalana bilərik!
1. Susadıqda gündə 10-12 stəkan su için
Bədəndən çıxan artıq sular normal şərtlərdə sidik,tərləmə və tənəffüslə çıxır. Yaz aylarında istiliklə birlikdə artan maye və mineral itkisinin qarşısını almaq üçün kifayət qədər mayə içmək mühümdür. Ona görə də, hər gün ən azı 2-2.5 litr (10-12 su stəkan) su içilməlidir. Bundan əlavə idmanla məşğul olan insanlar daha çox su içməlidirlər. Maye tələbatını sudan əlavə süd, ayran, mineral sular, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilərlə də qarşılamaq olar.
2. Qidaları yavaş və yaxşı çeynəyərək yeyin
Yeməkdən doymaq yemək yedikdən 10-15 dəq sonra hiss olunur. Ona görə də yavaş yavaş yeməyə diqqət edin.
3. Krem, mayonez və qızardılmış yeməklərdən pəhriz edin
Yaz-yay aylarında krem, mayonez, yağlı sous, yağlı qidalar və yağda qızardılmış yeməklərdən çəkinin. Yeməklərdə bitki mənşəli yağlardan istifadə edin.
Fındıq, qoz, badam kimi yağlı qidaları gündəlik yediyiniz yağlı yeməklərin miqdarını azaldaraq istifadə edə bilərsiniz.
4. Qida zəhərlənmələrindən qorunmaq üçün gigiyenaya əhəmiyyət verin
Xüsusilə yaz-yay aylarında artan xəstəliklərdən biri də qida zəhərlənmələridir. Çöldə və açıqda satılan yeməkləri yeməkdən çəkinin.
5. Dondurma və meyvə şirələrini seçin
Qızardılmış yeməklərin yerinə sütlü şirnilər, meyvə şirələri, dondurma seçmək daha məqsədə uyğundur.
Tarix: 21.01.2015 / 11:35 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qidalanma və Dieta