Sağlam bir həyat üçün yediklərimizin həzm müddətini bilmək əsasdır. Əgər yediyimiz hər hansı bir qidanın həzm müddətini bilsək o zaman yeməkdən sonra planlaşdırdığımız idman hərəkətlərini və ya yatmağı bu müddətə uyğun şəkildə planlaşdırarıq. Beləliklə də həzm və ya digər hər hansı bir sağlamlıq problemi ilə rastlaşma ehtimalımız olmaz.
Bəzi gündəlik istifadə etdiyimiz qidaların həzm müddəti tədqiqatlar nəticəsində aşağıdakı kimi göstərilmişdir.
• Çay, kofe, enerji içkiləri və idmançılar üçün hazırlanmış xüsusi içkilərin həzm müddəti bir saatdır.
• Proteinlə zəngin olan süd, qatıq, ağ çörək, banan, taxıl məhsulları, balıq və düyü kimi qida məhsullarının həzm müddəti iki saatdır.
• Qara çörək, tort, piroq kimi şirniyyat məhsulları, yumurta, qırmızı ət (qoyun və ya mal əti) toyuq, kartof kimi məhsullar üç saat müddətinə həzm olunur.
• Kolbasa, sosiska, dana ətinin qızartması, kimi məhsulları dörd saata həzm olunur.
• Fındıq və fıstıq, qoz kimi məhsullar 5 saatda göbələk, qovurma və qaz əti kimi məhsullar isə 6-7 saat müdətinə həzm olunurlar.
Tarix: 21.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Qidalanma və Dieta