Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik qidalarımız xərçəng xəstəliyinə səbəb ola bilər

Gündəlik istifadə etdiyimiz qidalarda xərçəng təhlükəsi olduğu haqqda faktlar ortaya çıxıb. Bu xəstəliklər əsasən uşaq yeməklərində, çörəkdə, qəhvədə və kartof çipsisində aşkar olunub.

Bu qidaların törətdikləri xəstəliklər sidik kisəsi, bağırsaq və böyrək xərçəngi tipli xəstəliklərdir. Alimlərin 23 ölkədə istehsal olunan 22 fərqli qida məhsulları üzərində apardıqları araşdırma nəticəsində məlum olub ki, 2007-2009-cu illər ərzində istehsal olunan qidaların tərkibində kimyəvi maddələrdən istifadənin azalması müşahidə olunmayıb.

Araşdırma aparan alimlər insanlara təzə istehsal olunmuş qidalardan istifadə etməyi məsləhət görüblər. Alimlər xərçəng xəstəliyi törədəcək maddənin qida tərkibinə necə düşdüyünü hələdə aşkar edə bilməyiblər. Lakin alimlər bu maddənin bişirmə və kimyəvi proseslər zamanı qidaların tərkibinə düşməsi ehtimalı üzərində dayanıblar.

Aparılan hesabatda alimlər belə bir nəticəyə gəliblər ki, bu xəstəliklərdən qisməndə olsa sığortalanmaq üçün işlənmiş və yağlı qidalardan istifadə etmək lazım deyil.


Tarix: 21.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qidalanma və Dieta
loading...