“Archives of Neurology” tibb jurnalının may ayındakı nömrəsində dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur. Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.
Son tədqiqatı aparan Rush Tibbi Tədqiqat Universitetinin epidemioloqu Martha Callare Morris “3178 insan üzərində aparılan tədqiqatlar nəticəsində həftədə bir dəfə balıq yeyənlərin düşünmə qabiliyyətindəki zəifləmənin digərlərinə nisbətən 10% az olduğunu müəyyən etdik” demişdir.
Tarix: 21.01.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Qidalanma və Dieta