Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balı süd və çayla qarışdırmayın

İllərdən bəri balın insan sağlamlığına çox xeyirli bir qida maddəsi olduğu haqda söhbətlər var. Tərkibində faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal adətən bir enerji və şəfa mənbəyi kimi qəbul edilir. Lakin qida dəyəri çox yüksək olan bu məhsulun düzgün qəbul qaydasını bilmək vacibdir. Araşdırmalar göstərir ki, bal +43 dərəcə istiliyə məruz qaldığı halda tərkibindəki bütün faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallar öz keyfiyyətini itirir yəni isti çay və ya südə qarışdırılaraq içilən balın heç bir faydası olmaz bunu əvəzinə ilıq süd və ya çaya qatılaraq içilən bal daha faydalı olur.
Bununla yanaşı balın soyuducuda saxlanılması da onun keyfiyyətini aşağı salır. Balın ən yaxşı saxlanılma qaydası otaq temperaturunda günəş işığına məruz qalmayan bir yerdə saxlamaqdır.


Tarix: 21.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qidalanma və Dieta
loading...