Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balıq ürəyin dərmanıdır

Balıq əti, yüksək xolesterinin salınmasına, maddələr mübadiləsinin güclənməsinə, dəri gözəlliyindən tutmuş oynaq sağlamlığına qədər bir çox narahatlıqlara şəfa verir. Daimi bir şəkildə balıq yemək ürək xəstəliklərinə xeyrli hesab olunur. Verilən məlumata görə Harvard Universitetinin mütəxəssislərinin balığın sağlamlığa təsirləri üzrə apardığı işlər sayəsində, balığın insan bədəninə olan faydalarının olduğu bildirilib. Son 20 ildə bu sahədə görülən işlərə görə toplanan mütəxəssislər, balığın faydaları yanında zərərinin cuzi olduğu nəticəsinə varmışlar. Onların fikrinə görə balığın faydaları saymaqla bitmir.
Hətta bu məlumatda qeyd olunur ki, balıq yemək ürək xəstəliklərindən ölüm riskinə kimi problemləri 36% azaldır. Yağlı balığın tərkibində daha çox Omeqa 3 olması sağlamlığa daha faydalı olur.
Aparılan tədqiqatlardan çıxan bir başqa nəticə isə hər kəsin həftə ərzində 2 pay balıq yeməsinin olduqca faydalı olduğu bildirilir.
Balığın insana bəxş etdiyi faydalara nəzər salaq. Verilən məlumata görə balıq, tərkibində zülal, D vitamini və əksər elementlər olduğundan mükəmməl bir qida qaynağıdır. Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edər. Sağlam diş ətləri və diş quruluşu meydana gəlməsinə köməkçi olur. Dərinin rəngini gözəlləşdirir. Saçların daha dayanıqlı olmasını təmin etməyə kömək edir. Bakterial yoluxucu xəstəliklərlə mübarizədə kömək edir. Qandakı xolesterolu tənzimləyici təsiri ilə ürək böhranının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Nişasta və yağların parçalanaraq bədəndə istifadə edilməsinə kömək edir. Oynaqların sağlamlığına faydalıdır. Şəkər xəstələrinin müalicəsində istifadə olunur. Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirməyə kömək edir.
Yanıq müalicəsində faydası vardır. Migren xəstələrində faydası sübut edilmişdir.
Qlaukoma (göz içində təzyiq artması səbəbilə meydana gələn korluq) müalicəsində faydası vardır.


Tarix: 21.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Qidalanma və Dieta
loading...