Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kokos yaddaşı qaytarmağa kömək edir

Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısamüddətli olsa da demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.

Dietoloq Piter Klifton bildirir ki, onların Altsheymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, kokos yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da valehedicidir.

Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram kokos yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, kokosun tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.


Tarix: 21.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Qidalanma və Dieta
loading...