Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetkinlik yaşında ayaq üstü qidalanma kökəlməyə səbəb olur

Xüsusilə yetkinlik dövründə görülən ayaqüstü qidalanma və balanssız bəslənmə tərzi irəlidəki illərdə həddindən artıq köklüyə gətirib çıxarır. Hamburger, sosiska və kola kimi daha bir çox yüksək kalorili yemək və içkilər böyümə çağındakı gənclərdə çox kilo artımına səbəb olur. Memorial xəstəxanası qidalanma və dieta şöbəsinin həkimi dietoloq Aysu Aydın, yetkinlik dövründə nəzərə çarpan kilo artımının səbəbləri və bu dövrdə sağlam qidalanma yolları haqqında məlumat verib.

Köklük ciddi sağlamlıq problemlərinə yol aça bilər

Yetkinlik dövrü; 10-19 yaş qrupu olaraq təyin olunan və körpəlikdən sonrakı ən sürətli böyümənin olduğu əhəmiyyətli bir dövrdür. Bu dövrdəki qidalanma tərzi, yeniyetmələrin böyümə və inkişafı üçün olduqca əhəmiyyətlidir. Balanssız və təbii olmayan qidalanma nəticəsində bu dövrdə; yemək pozğunluqları və bunun nəticəsində artıq çəki meydana gələ bilər. Yetkinlik dövründə ortaya çıxan düşüncə sistemi və romantik quruluşdakı dəyişikliklərlə bağlı olaraq inkişaf vaxtındakılar diqqətlərini özlərinə daha çox çəkirlər. Böyümə və inkişaflarına maneə olacaq tərzdə balanssız bəslənərək dərhal sonrakı yaşlarda qarşılarına çıxa biləcək sağlamlıq problemlərinə zəmin hazırlayır.

Çəki almaq qaçılmaz hala gəlməsin

Gənclərdə köklükdən əziyyət çəkənlərin sayı 10% olmuşdur. Bu dövrdə çöldə yemək yemə sıxlığı artdığı üçün qidalanma vərdişləri dəyişir.
Ayaqüstü qidalanma dediyimiz fast food-a maraq salanların sayı bir qədər artıq olduğundan bu tərz yeməklərin həcmi kiçik amma kalorisi çox yüksək olmasından ötəri kilo almaq qaçılmaz hala gələ bilər. Əksəriyyət gənclər hamburger, tost, sosiska, kumpir, pizza, meyvə suyu, biskivit, kola, cips kimi qidalara meyl göstərirlər. Bu tərz yeməklər yüksək kalorili olmaları səbəbi ilə yüksək enerjiliyə, vitamin – mineralın qeyri-kafi qəbuluna, yağ və duzdan istifadəni artırır. Şəkər və yağ, gündəlik ehtiyacda çox istifadə olunduğu üçün artıq çəki almağa səbəb olur.

Yetkinlik dövründə artıq çəkinin qarşısını almaq üçün;

• Qida miqdarı sağlam bədən ağırlığını qoruyacaq şəkildə nizamlanmalıdır;

• Qida müxtəlifliyinin təmin edilib; tərəvəz, meyvə və lifli qidaların kifayət qədər qəbul edilməsi lazımdır;

• Həddindən artıq yağlı və şəkərli qidalar istifadə edilməməlidir;

• Xəmir işləri, yağda qızartmalar, qovurmalar, kolbasa, sosiska, bastırma, şokolad və şoraba məhsullarından, meyvə suları, kola və energetik içkilərdən uzaq dayanılmalıdır;

• Gündə 2,5 -3 saatdan bir qidalanmalı və 2-2,5 litr su qəbul edilməlidir;

• Əsla 4 saatdan uzun müddət ac qalınmamalı və maddələr mübadiləsini daha da sürətləndirə bilmək üçün mütləq oyandıqdan sonra ilk yarım saat içərisində nahar edilməlidir.


Tarix: 21.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Qidalanma və Dieta
loading...