Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naringinin ağ liflərini atmayın

Xəstələnmədən uzun ömürlü yaşamaq üçün naringi meyvəsindən istifadə məsləhətlidir. Qış ayının müjdəçisi hesab olunan naringi xüsusilə immunitet sistemini gücləndirmək istəyənlər və xəstəliklərlə mübarizə aparanlar üçün əsas meyvələrdən hesab olunur.

Payızın əvvələrində yetişən naringinin C vitamini ilə zəngin olmasını ifadə edən qidalanma və dieta üzrə mütəxəsis Berrin Yigit naringinin insana olan faydalarını izah edib. Naringi C vitamininin qaynağıdır. Naringinin diqqətə çarpan faydası immunitet sistemini gücləndirməsidir. Xüsusilə siqaret çəkənlər, işgüzar və zehni əmək sərf edənlər, yuxusuz qalanlar, çox dərman qəbul edənlər hər gün nizamlı olaraq C vitamini qaynağı hesab olunan sitrus bitkilərindən bol-bol istifadə etməlidirlər.

Naringi qabığının dərhal altındakı ağ liflər də çox faydalıdır. Onlar atılmamalı əksinə bolca yeyilməlidir. Potasiumla zəngindir. Tərkibində kalium zəngin olduğundan təzyiqi aşağı salır. Qan təmizləyici, damar sağlamlığını qoruyucu təsiri ürək xəstəlikləri üçün əhəmiyyətli hesab olunur. Naringi xolesterolu aşağı salır. Gündə 4 ədəd mandalin yemək kifayətdir. Aşağı kalorili, bol lifli olmasına baxmayaraq çox istifadə edilməməlidir. Naringinin həm də sakitləşdirici təsiri vardır. Soyulduğu an istifadə olunması zəruridir.


Tarix: 21.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qidalanma və Dieta
loading...