A, B1, B2, C və E vitaminləri, dəmir, kalsium, fosfor, kalium, natrium və yodla zəngin olan banan həm də yüksək kaloriyə malikdir. 1 ədəd almada 60, 1 ədəd portağalda 53 kalori var, 1 ədəd bananın enerjisi isə 130 kaloridir.

Lakin buna baxmayaraq banan xolesterol yaratmır. Banan ürək əzələlərini inkişaf etdirir, təzyiqi aşağı salır. Banan yetişdikcə faydası da çoxalır. Kal banan qəbizliyi, yetişmiş, şirin banan isə ishalı aradan qaldırır, mədə xorasına müalicəvi təsir göstərir. Bananın əsas xüsusiyyətlərindən biri də yuxugətirici təsirə malik olmasıdır. 1 ədəd bananda 2 qram zülal, 30 qram karbohidrat, 20 qram fosfor, 8 milliqram kalsium, 38 milliqram A vitamini var.
Tarix: 21.01.2015 / 11:40 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta