Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaz və köp yaradan qidalar

Bədəndə bir qayda olaraq qazın meydana gəlməsi normal bir vəziyyət olsa da, bu qazın bədəndən çıxmaması, bağırsaqlarda yığılması və köp yaratması olduqca narahat edici bir vəziyyət hesab olunur.
Süd məhsulları, paxlalılar, köklü qidalar, şirinləşdirici qidalar, qızartmalar, saqqız, bəzi meyvələr (banan, ərik və s.) insan orqanizmində qaz və köp yarada bilir.
Süd məhsulları - süd, pendir, qatıq, kərə yağı kimi tərkibində laktoza ilə zəngin olan məhsullar qaz yaradır. Südün qaz yaratmaması üçün onu qızdırıb içmək məsləhət görülür. Eyni zamanda südə kakao əlavə etmək də qaz problemini azaltmağa köməkçi olur. Bunun yanında aşağı laktozlu süd məhsulları seçməyə diqqət göstərmək də vacibdir.
Paxlalılar -noxud, paxla, mərcimək, lobya kimi paxlalılar qaz yaradan yeməklər siyahısındadır. Qaz yaradan quru paxla məhsullarını axşamdan suda gözlədib, ertəsi gün suyunu töküb, təmiz su ilə bişirmək tövsiyə edilir.
Köklü qidalar-kartof, şalğam, turp, soğan kimi hesab olunan köklü qidalar insanda qaz yaradır və köpməyə səbəb olur. Bu cür qidaları yaxşıca bişirmək lazımdır.
Şirinləşdirici qidalar - süni dadlandırıcılar bəzi kəslərdə qaz və köp formalaşdırır.
Qızartmalar - qızardılmış, yağlı, kremli, souslu yeməklər də qaz meydana gəlməsinə səbəb olur.
Saqqız - saqqız çeynəmək mədəyə hava dolmasına səbəb olur və bu da bir müddət sonra qaza çevrilə bilir.
Bəzi meyvələr - ərik, banan, şaftalı, armud, quru üzüm, alma kimi meyvələr qaz yarada bilir.
Mədədəki köp hissinə qarşı ilk növbədə daim hərəkət fəallığı və diqqətçilik tələb olunur. Belə ki, çoxlu idman etmək, yemək yeyərkən düzgün oturmaq və qidanı qəbul edərkən yaxşı-yaxşı çeynəmək lazımdır. Həzmi yavaşıdan çox yağlı yeməklərdən uzaq durmaq lazımdır.


Tarix: 21.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Qidalanma və Dieta
loading...