Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərik bir çox xəstəliyin dərmanıdır

B vitamini sayəsində bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti olan ərik, qəbizliyə çox yaxşı təsir edir. Yuxu problemi olanlar üçün əla təsir bağışlayan ərik, həmçinin tez əsəbiləşən və stressli olanlar üçün də faydalıdır.

İştah açan və həzmi asanlaşdırıcı təsiri ilə həkimlər tərəfindən uşaqlara və xəstəlikdən sonrakı dövrdəki şəxslərə tövsiyə edilən əriyi mədəsi zəif olanların çox yeməsi məsləhətdir. Ərik, sızanaq və qara nöqtələr üçün də faydalıdır. Mütəxəssislər, təzə, təmiz və hamar bir dəri üçün ərik yeməyi məsləhət görür.
Əriklə aparılan dəri baxımı, müalicələrini və gözəllik maskalarını tövsiyə edir.
Ərik, quru ərik, ərik suyu, ərik mürəbbəsi, ərik çəyirdəyi cana çox faydalıdır. Əriyin vətəni Orta Asiyadır. Ərik; 5000 ildir Orta Asiya bölgəsində yetişdirilir.

Əriyin faydaları

- Ərik; A, B, C və P vitaminləri, dəmir, maqnezium, kalsium, fosfor, kükürd, mis, xrom və manqan mineralları baxımından da zəngindir.

- Ərik; immunitet sistemini gücləndirir qanı artırır, qan dövranına köməkçi olur və sinirləri yatırır, yuxu nizamlanmasına kömək edir. Ərik, sümük əriməsinin qarşısını alır. Ərik, təbii lif baxımından zəngin olduğundan qəbizliyə faydalıdır.

- Ərik yaş və quru olaraq, funksional qidadır. Yəni önləyici, qoruyucu qidalardandır. Sağlam və yaxşı həyat üçün lazımlı qidalardandır. Natrium səviyyəsi aşağı, kalium səviyyəsi yüksək olan ərik, bədəndə qan təzyiqinin nizamlanmasında, yüksək təzyiqin yoxlanmasında əhəmiyyətli təsirə malikdir.

- Ərik suyu və ya ərik mürəbbəsi xüsusilə disertdə və axşam yeməklərində daha faydalı olur. Ərik, həzm problemlərinə yaxşı təsir edir, stressi və qansızlığın qarşısını alır. İmmunitet sistemini qoruyur, ürək əzələləri və sinirlərin yaxşı işləməsini təmin edir.

- Ərik çəyirdəyi yağı, xüsusilə yaşlılarda əmələ gələn qırışları azaldır. Gündə 7 ədəd ərik çəyirdəyi yemək məsləhətdir. Ərik çəyirdəyinin 100 qramında 113 mq maqnezium, 37 mq kalsium, 5 mq kalium, 3 mq sink, 2 mq dəmir, 2 mq natrium, 4 mq B3 (niasin), 2 mq C vitamini, 0.3 mq B1 (tiyamin) vitamini və 0.2 mq B2 (riboflavin) vitamini var.

- Qaraciyər və mədə xəstəliyi olanlar ərik çox yeməlidir. Mütəxəssislər gündə 3 ədəd quru ərik yeməyi təklif edir.


Tarix: 21.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Qidalanma və Dieta
loading...