"Stroke" jurnalının verdiyi məlumata görə, gündə dörd stəkan az yağlı süd məhsulu istehlak etmək insult keçirmək ehtimalını 12 faiz azaldır.
Stokholmdakı Karolinska İnstitutunun alimləri Dr.Susanna Larssonun rəhbərlik etdiyi araşdırma qrupu, 45-83 yaş arasında olan 75 min sağlam isveçli qadın və kişinin qidalanması, həyat tərzi və sağlamlıq məlumatları üzərində iş aparıb.
Nizamlı şəkildə az yağlı süd məhsulu istehlak edənlərin insult keçirmə ehtimalının 13 faiz azaldığı müşahidə olunub.
Alimlər bu məhsulların insult riskini azaltmasını, sağlam qidalanmanın təzyiq üzərindəki müsbət təsiriylə əlaqələndirirlər.
İsveçdə ümumiyyətlə az yağlı süd məhsullarına əlavə olunan D vitamininin də rolu ola biləcəyi vurğulanır.
Tarix: 21.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta