Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik dövründə qidalanma

Hamiləlik dövründə ananın diqqət yetirməsi tələb olunan ən vacib məsələlərdən biri bəlkədə birincisi onun qidalanmasına diqqət etməsidir. Lakin təssüflər ki, bəzən xanımlarımız bu məsələyə olduqca biganə yanaşırlar.
Hamilə xanımlar nece qidalanmalıdır?

Britaniya tədqiqatçılarının araşdırmalarına əsasən hamiləlik dövründə bəzi dəniz məhsullarından istifadə etmək çox təhlükəlidir. Belə ki, bu cür məhsullar civənin miqdarının artmasina gətirib çixarır ki, bu da körpənin sinir sisteminin inkişafına mənfi təsir edir.

Həmçinin bu dövrdə ət və quş əti məhsullarından da istifadə zamanı diqqətli olmaq məsləhət görülür. Hər şeydən əvvəl bu kimi məhsulların tam bişməsinə diqqət olunmalıdır əks halda körpənin sağlamlığı üçün ciddi problemlərə gətirib çıxara bilər. Kolbasa, sosiska və hisə verilmiş məhsullardan isə tamamilə uzaq durmaq məsləhət görülür.
Meyvə və tərəvəzlərdən eyni zamanda bişmiş süd məhsullarından mümkün qədər çox istifadə etmək məsləhət görülür.


Tarix: 21.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Qidalanma və Dieta
loading...