İflicin qarşısını alan tərəvəz tapıldı
Finlandiyada kişilərdə ürək-damar xəstəlikləri ilə bağlı 31 min nəfər üzərində araşdırma aparılıb.
"Hürriyet" qəzetinin verdiyi məlumata görə, 42-61 yaşları olan və Kuopio şəhərində yaşayan kişilər üzərində araşdırma 1990-cı illərin əvvəlindən başlayıb.
Araşdırmada iştirak edən kişilərin qan analizləri araşdırma başlayarkən və 7 ildən sonra götürülüb, müqayisə edilib. Həmin şəxslər 12 il izlənilib.
Məlum olub ki, qanlarında likopenin səviyyəsi yüksək olan kişilərdə iflic riski 55 faiz daha azdır. Likopen ən çox pomidorda olur.
Qarpız, qreyfurt və manqo da likopen ilə zəngindir.
Tarix: 21.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Qidalanma və Dieta
loading...