Yeməkdən sonra əsla bu hərəkətləri etməyin !
Yemək yedikdən sonra edilməsi adət halını almış bəzi hərəkətlər var ki, o hərəkətlər sağlamlığımıza olduqca ziyandır. Bu sahədə aparılan tədqiqatlar zamanı yeməkdən sonra insan sağlamlığına ziyanlı olan bəzi ən təhlükəli hərəkətlər göstərilmişdir.
1) Tədqiqatlar göstərir ki, yemək yedikdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabərdir və bu da xərçəng risqini daha da artırır.
2) Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur, odur ki meyvəni yeməkdən 1 saat əvvəl və ya sonra yemək məsləhətdir.
3) Yeməkdən sonra dərhal çay içərkən çay yarpaqlarının tərkibində mövcud olan yüksək miqdardakı turşu yeməkdəki zülalın həzmini çətinləşdirir.
4) Yeməkdən sonra kəməri boşaltmaq bağırsaqların bükülməsinə gətirib çıxarır.
5) Yemək yedikdən sonra duş qəbul etmək əl və ayaq nahiyələrində qan dövranını artırır mədə ətrafında isə qan dövranı azalır nəticədə isə həzm prosesi zəifləyir.
6) Yeməkdən sonra dərhal yatdığımız zaman isə yediklərimizi normal həzm edə bilmirik nəticədə isə bağırsaqlarda və mədədə iltihab əmələ gəlir.
Tarix: 21.01.2015 / 11:39 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta