İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər.
Qarğıdalı 18.3 % lifdən ibarətdir. Bu tərəvəzin tərkibində zülal, kalsium, dəmir, fosfor, A və B2 vitaminləri var.
Nişastası son dərəcə zəngin olan bu bitki ağ, sarı, qırmızı rənglərdə olur.
Qeyd edək ki, vətəni Mərkəzi Amerika olan qarğıdalı ilk dəfə Xristofor Kolumb tərəfindən kəşf edilərək Avropaya gətirilib, oradan da bütün qitələrə yayılıb.
100 qramında 345 kalori olan bu tərəvəz amin turşusu, həmçinin lipid, protit və qlosit turşuları baxımından da çox zəngindir.
Faydaları:
* İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər.
* Ağciyər xərçəngi riskini, stressi azaldır və enerji verir.
* Ürək xəstəlikləri üçün çox yararlıdır
* Böyrəyin funksiyalarını yaxşılaşdırır
* Qarğıdalıda olan liflər, qanda şəkərin miqdarını stabilləşdirir
* Bununla bərabər qarğıdalının saçağı qaynadılıb içilərsə bir çox xəstəliklərin şəfası olar.
Zərəri:
Qarğıdalı çox faydal bir qidadır. Lakin, həzm olunması bir az çətindir. Qəbzlikdən əziyyət çəkənlərin yeməməyi məsləhətdir.
Qeyd: Qarğıdalı təzə halda meyvəsi suda qaynadılaraq və ya qızardılaraq yeyilə bilər.
Tarix: 21.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qidalanma və Dieta