Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FastFood yeməklər narkotiklərdən fərqlənmir

Florida ştatının Scripps Araşdırma İnstitutunun alimləri, siçanlar üzərində apardıqları testlərdə, hamburger, qızarmış kartof və keks kimi çox kalorili qidaların da narkotik kimi alüdəçilik yaratdığını müəyyən edib.
Siçanları 3 qrupa ayıran alimlər, ilk qrupdakı heyvanları sağlam qidalarla, ikinci qrupdakıları müəyyən miqdarda qarışıq yeməklərlə, son qrupdakıları isə sərhədsiz miqdarda pendirli keks ilə jambon kimi ət məhsulları və şokoladlı qidalarla bəsləyib.
İki qrupda heç bir problem hiss etməyən alimlər, istədikləri qədər qarışıq yeməklər yeyən siçanların sürətlə kökəldiklərini qeydə alıb. Son qrupdakı siçanların beyinlərinin də siqaret və narkotik alüdəçilərininki kimi zəiflədiyi müşahidə edilib. Bu qidalar kəsildikdə isə, siçanlar iki həftə normal qidalanmanı rədd edib.
Araşdırmanın nəticələrinə görə, bu qidalardan imtina etmək, sigaret və narkotik maddələrdən imtina etmək qədər çatindir.


Tarix: 21.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qidalanma və Dieta
loading...