Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Çox ət yeyənlərə tövsiyə

Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər.
Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm problemi və ya xolesterolu olanlar, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər.
Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.
Mərcimək, noxud, quru lobya kimi paxlalı bitkilər əslində həm orqanizmin protein ehtiyacını ödəyir, həm liflə zəngin olduğu üçün xolesterolu aşağı salır, həm də qəbizlik problemini aradan qaldırır. Buna görə də ətdən çox, belə məhsullardan istifadə etmək daha məqsədəuyğundur.


Tarix: 21.01.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta
loading...