Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir? Mütəxəssislər bu barədə konkret fikir söyləməyə çətinlik çəkirlər. Rusiya mətbuatının verdiyi məlumata görə, 3 müxtəlif rəngli bibərin hər birinin öz xeyirli tərkibi var; yaşıl bibərdə daha çox K vitamini, sarı bibərdə C vitamini və qırmızı bibərdə A vitamini var.
Həmçinin sarı pomidorda likatipinin miqdarı qırmızıdan daha azdır, amma fol turşusunun miqdarı isə daha çoxdur.
Dietoloqlar isə müxtəlif rəngli tərəvəzlərdən istifadə etməyi insan üçün son dərəcə faydalı hesab edirlər. Ən yaxşı salat sarı bibər, yaşıl xiyar və qırmızı pomidordan ibaraət salat sayılır. Çünki, hər rəngin öz faydalı əlamətləri var.
Qırmızı rəngdə olan bitkilər - pomidor, turp, itburnu, qarpız, çiyələk və s. insan orqanizminə olduqca faydalıdır. Bu rəngdə olan bitkilər ürək-damar, əzələ tonusu və onkoloji xəstəliklərin müalicəsində mühüm əhəmiyyətə malikdir.
Sarı və narıncı rəngdə olan bitkilər - sarı bibər, şaftalı, apelsin, kök, balqabaq, qarğıdalı və s-nin tərkibində A və C vitaminləri var.
Bu orqanizmin təmizlənməsi, sellülitin qarşısının alınması və limfa sisteminin işinə yaxşı təsir edir. Yaddaşı və dərinin rəngini yaxşılaşdırır.
Yaşıl rəngli bitkilər, o cümlədən, xiyar, bibər, göyərti, kivi, üzüm, yaşıl çay və s. bitkilərdə K və C vitaminləri, dəmir, kalsium və fol turşusu var.
Bu rəng bitkilər ürəyin işini yaxşılaşdırır, stressi aradan qaldırır.
Göy və bənövşəyi rəngdə olan qaragilə, badımcan, qara kələm, gavalı, üzüm və s. bitkilər var.
Xərçəng və toksinlərlə mübarizədə , yuxunun yaxşılaşdırılması, əsəblərin sakitləşdirilməsində bu bitkilərin çox böyük faydası var.
Tarix: 21.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Qidalanma və Dieta