Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

Məsələn, süd sümük toxumasının formalaşmasına kömək edir, bədəni vitamin və zülallarla təmin edir. İndi isə mütəxəssislərə məlum olub ki, süd hafizəni saxlamağa da kömək edir. Bu barədə "The Daily Mail" xəbər verir.

ABŞ-ın Men Universitetində aparılan tədqiqatın nəticələrinə görə, süddən, eləcə də yoğurt, pendir və hətta dondurma kimi süd məhsullarından müntəzəm şəkildə istifadə edən adamlar beynin vəziyyətini qiymətləndirən testlərin öhdəsindən daha yaxşı gəlirlər.

Belə ki, süd məhsullarından ən azı həftədə 5-6 dəfə istifadə edənlər yaddaş testlərinin öhdəsindən daha yaxşı gəldikləri halda, bunu bu məhsulu az istifadə edənlər barədə demək olmaz. Belə ki, bu adamlar bəzi testlərin öhdəsindən süddən həftədə 2-4 dəfə istifadə edənlərə nisbətən 5 dəfə pis gəliblər.

Məlum olub ki, süd məhsullarında hafizənin vəziyyətinə müsbət təsir edən maddə var. Həmin maddəni ekspertlər maqnezium adlandırırlar. Habelə süd məhsulları qidalandırıcı maddələr sayəsində insanı ürək xəstəlikləri və hipertoniyadan da müdafiə edə bilərlər.


Tarix: 21.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Qidalanma və Dieta
loading...