Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aclığı aradan qaldıran qidalar?

Ananas
200 qr. ananası incə doğrayın və süzgəcdən keçirin. İçinə 100 qr. kefir və təzə nanə əlavə edin. Ananasın içindəki fermentlər, zülal həzmi sürətləndirdiyi üçün olduqca doydurucudur.

Balıq
Balığın tərkibindəki yod, qalxanabənzər vəzinin funksiyalarını sürətləndirdiyi üçün aclıq hissini aradan qaldırılır.

Gül Kələm
Gül kələmini yüngülcə qaynadıb qatıq əlavə edin. Bu qarışıq lif baxımından zəngin olduğu üçün sizi uzun müddət tox saxlayacaq.

Qırmızı Alma
Qırmızı almanı incə dilimlə kəsib 1 çay qaşığı doğranmış qoz və yarım çay qaşığı balla qarışdırın. Bu qarışığın tərkibindəki liflər həm doydurucu olacaq, həm də bağırsaqların işini fəallaşdıracaq.

Quru Ərik
Acanda quru ərik yeyin. Quru ərik qan şəkərinin düşməsinə mane olur. Ancaq çox yeməyin. Çünki bir quru ərikdə 8 kalori var.

Cəfəri
1 dəstə cəfərini blenderdən keçirib suyla qarışdırın. Bir-iki damla acı bibər sousu əlavə edin. Bu içkinin içindəki C vitamini və bitki mənşəli maddələr yağ paylanmasını asanlaşdırır.

Xiyar
Xiyarı yaxşıca yuyun və qabığı ilə birlikdə incə dilimlərlə kəsib üzərinə bolluca şüyüd səpin. Bu tərəvəzin kalorisi çox azdır və olduqca tox saxlayır.

Yumurta
Həftədə ən az iki yumurta yeyin. Çünki yumurtada bol miqdarda triptofan var.

Pendir - Zeytun
Yağsız pendiri incə-incə dilimləyin və qara zeytun ilə bəzəyin. Üzərinə 1 yemək qaşığı sirkə tökün. Bu, bir neçə saat üçün aclığınızı aradan qaldıracaq.


Tarix: 21.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Qidalanma və Dieta
loading...