Britaniyalı tədqiqatçılar kartofun ən vitaminli tərəvəz olduğunu müəyyənləşdiriblər.
Top News saytının verdiyi məlumata görə, britaniyalı tədqiqatçılar kartofun insanın bədən quruluşunu korlaması haqqındakı fikirlərini alt-üst ediblər.
Genişmiqyaslı tədqiqatlar dietoloqlara kartofun kələm, banan, qoz-fındıq kimi bitkilərdən daha əhəmiyyətli olduğunu söyləməyə imkan verir.
Bu tərəvəz bitkisi orqanizmin qan təzyiqini normallaşdırır.
Dietoloqlar Sian Porter və Siqrid Gibson 1000-ə qədər yaşlı və 900-ə qədər uşaq arasında tədqiqat aparıblar. Könüllülər kartof məhsulundan hazırlanan yeməkləri yedikdən sonra tədqiqatçlıar orqanizmin işində olan kiçik dəyişiklikləri qeydə alıblar. Müəyyən olunub ki, qabıqla bişirilmiş kartof banandan 5 dəfə artıq vitaminlidir və C vitanini onda 3 dəfə artıqdır.
Tədqiqatçılar həmçinin onu da qeyd edirlər ki, kartof onkoloji xəstəliklərlə mübarizədə böyük profilaktik əhəmiyyətə malikdir, bütövlükdə orqanizmə xeyirli təsir edir, onu kompleks vitaminlər və mikroelementlərlə təmin edir.
Tarix: 21.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qidalanma və Dieta