"Salmışıq"
Yarə yalvarmaq, yaxarmaq rəsmini dəb salmışıq,
Yalvarıb ta, yadına yüz dürlü mətləb salmışıq.
İndi tə`sir eyləmir ol yarə yüz ahü fəğan,
Asimandan vaxt olub, ah ilə kovkəb salmışıq.
Ahımızdan tüstülər qalxanda yadi-zülf ilə,
Gündüzün oğlan çağın döndərmişik, şəb salmışıq.
Afitabə, atəşə səcdə qılırkən xəlq, o vaxt,
Zülfi-yarə səcdəni, biz tazə məzhəb salmışıq.
Zülfi-yar ilə tutub yarın üzün, gizlətmişik,
İbtidadə mah üçün, biz bürci-Əqrəb salmışıq.
Təb`imiz düşmüş cahanın ci`fəsin diddikdə biz,
Mali-dünyadən hələ yüzlərcə həm təb salmışıq.
Biz Füzuli adını yüksək tutub Mail bu gün,
Ol ada, şe`r öyrədən, layiqli məktəb salmışıq.
Tarix: 31.03.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Qezeller
loading...