"'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən"
'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən,
Bir ömrü sənin eşqinə qurban elədim mən.
Asudə tifildin, nə qəmin vardı, nə dərdin,
Dərdimlə sənin gözlərini sürmələdim mən.
Hissim sənə 'gəl-gəl' dedi, əqlim dedi 'get-get'
Bu qanlı döyüşdən mənə imdad dilədim mən.
Eşqim də qaxınc oldu mənim başıma hər gün,
Bir eşqin ucundan nə qədər tənə yedim mən.
Öz hissini dustaq eləyən Bəxtiyar olmaz,
Öz eşqimə, öz könlümü zindan elədim mən.
Tarix: 31.03.2013 / 17:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Qezeller
loading...