Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Öpsün"

Zülfün, gözəlim, darə, yanaqlarını öpsün,
Əsdikcə külək, qönçə dodaqlarını öpsün.

Bir sərv sayağı uzanıb göyləri seyr et,
Göylər səpələnmiş o budaqlarını öpsün,

Dəryada balıq tək burulub sahilə çırpın,
Daşlar, qayalar pullu daraqlarını öpsün.

Bir dəst kitab ol, səni sevsin bəni-adəm,
Barmaq dilin hökmüylə varaqlarını öpsün.

Qandalda yatan zülfünü əfv eylə, ey afət,
Təzim eləyib, incə ayaqlarını öpsün.

Çərşaba bürün, ruyini gizlət, gözə gəlmə,
Cüt əllərin ol lalə yanaqlarını öpsün.

Şəffaf su kimi qayna ki, daşlar arasından,
Ensin bu Səxavət də budaqlarını öpsün.


Tarix: 31.03.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Qezeller
loading...